Dərc edilib: 16-09-2017

https://www.nuh.az/12185-.html

İspaniya hökuməti Kataloniyaya 2 gün vaxt verdi - Əks təqdirdə…

16.09.2017 00:09:14

Dünya

Qanunsuz hesab edilməsinə baxmayaraq 1 oktyabrda müstəqilik üçün referendum keçirəcəyini açıqlayan Kataloniya Muxtariyyətinə İspaniya hökuməti tərəfindən xəbərdarlıq edilib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, hökumət Kataloniyadan referendumla bağlı pul xərcləməyəcəklərinə dair 2 gün ərzində təminat verilməsini tələb edib.

İspaniyanın Maliyyə naziri Kristobol Montoro, referendum üçün 1 avro belə xərcləməyə icazə verməyəcəklərini açıqlayıb.

Əgər Kataloniya rəhbərliyi təminatı verməsə, 18 sentyabrdan etibarə muxtariyyətin büdcəsinə nəzarət İspaniya hökumətinə keçəcək.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib