Dərc edilib: 16-09-2017

https://www.nuh.az/12214-.html

Ərinin maşını ilə qəza törətdi, qorxudan intihar etdi - Fotolar

16.09.2017 18:24:16

LIVE

Rusiyanın Novoçerkassk şəhərində qandonduran hadisə baş verib.

“Qafqazinfo”nun “Mirror” nəşrinə istinadən verdiyi məlumata görə,1 uşaq anası olan 20 yaşlı Anastasiya Lisukho həyat yoldaşının iş səyahətində olduğundan istifadə edərək onun “VAZ-2106” markalı avtomobili ilə gəzintiyə çıxıb. 

O, bir neçə dəqiqə sonra sükan arxasında idarəetməni itirərək 3 avtomobillə toquşub. Nəticədə, avtomobilinə 9 min avro ziyan dəyib.

Qeyd olunur ki, əri Anastasiyanın sürücülük qabiliyyəti çox zəif olduğundan ona heç vaxt sükan arxasında əyləşməyə icazə vermirmiş. Buna görə qorxan qadın maşını qəzanın baş verdiyi yerdə qoyaraq evinə qaçıb və intihar edib.

Onun meyitini əri aşkarlaylıb.

Gənc ana canına qəsd etməzdən öncə yazdığı məktubda həyat yoldaşının qorxusundan intihar etdiyini qeyd edib. 

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib