Dərc edilib: 16-09-2017

https://www.nuh.az/12215-.html

Tahir Salahov 12 ildir doğma bacısı ilə niyə küsülüdür..?

16.09.2017 21:17:09

Cəmiyyət

Məşhurların həyatı ilə bağlı  xəbərlər həmişə cəmiyyət üzvləri tərəfindən  maraqla qarşılanır. 

Düzdür, kiminsə özəl həyatına hətta xırda müdaxilə yolverilməzdir. 

Amma məşhurlar da unutmamalıdır ki, onlar cəmiyyət üzvləri, əsasən gənclər üçün ÖRNƏK, NÜMUNƏ rolunu oynamalıdır və yeniyetmələr  valideynlərindən çox məşhurlara bənzəməyə çalışır.

Belə məşhurlardan biri də dünyada tanınmış azərbaycanlı rəssam  Tahir  Salahovdur.

NUH.az-a daxil olan məlumata görə, Tahir Salahov  12 ildir doğma bacısı  Zərifə Salahova ilə küsülüdür. Niyəsini biz demək istəmirik,  qoy özləri desin... 

 

Məlumat üçün  qeyd edək ki, Zərifə  xanım  uzun müddət sovet-partiya sistemində çalışıb.

 1958-1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub.

1962-1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970-1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub.

1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. Onun yaratdığı Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə öz fəaliyyətinə başlamışdır.

2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları ŞirkətiMüşahidə Şurasının üzvü təyin edilib.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib