Dərc edilib: 17-09-2017

https://www.nuh.az/12229-.html

Futbolçu meydançada güllələnərək öldürüldü

17.09.2017 12:09:26

Kriminal

Çernoqoriya çempionatının oyunun zamanı futbolçu qətlə yetirilib. "Qaynarinfo" xəbər verir ki, hadisə dünən baş verib.

"Vokel" klubunun qapıçısı Qoran Lenats naməlum şəxs tərəfindən stadionda güllələnib. Qatil əvvəlcə havaya atəş açaraq ətrafdakı insanların qaçmasına səbəb olub. Daha sonra isə meydana daxil olaraq Qoran Lenatsa atəş açıb. 33 yaşlı qolkiper xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi barədə məlumat verilmir. Polis qatili yaxalamaq üçün əməliyyata başlayıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib