Dərc edilib: 17-09-2017

https://www.nuh.az/12231-.html

Qarabağ qazisi Qorxmaz Hüseynovdan kömək istəyir

17.09.2017 13:10:02

İqtisadiyyat

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi döngə 2 a, ev 1 ünvanda ( telefon: 050-963-85-85 ) yaşayan Qarabağ müharibəsi  veteranı, qazi Tağıyev Fikrət Tofiq oğlunun “Azərsu” ASC-nin rəhbəri  Qorxmaz Hüseynova ünvanladığı  müraciəti  NUH.az saytına daxil olub. Müraciəti olduğu kimi dərc edirik:

 

 Cənab Qorxmaz Hüseynov!

Mən Qarabağ müharibəsi iştirakçısıyam. 17 ildir ailəmlə  birgə Yeni Suraxanı qəsəbəsində yaşayıram. Dəfələrlə “Azərsu”  ASC-nin Suraxanı Rayon Sukanal İdarəsinə müraciət etsəm də mənim evimə su çəkilmir. Maşınla su almağa məcburam. Mən müharibə veteranı olaraq dövlətdən 50 manat pul alıram. Bu pulla necə su alım ?

Bu barədə dəfələrlə Suraxanı RİH-nin başçısı İlqar Abbasovun qəbulunda olmuşam. Başçı Suraxanı Sukanal idarəsinə mənə kömək üçün  tapşırıq verib.

Ancaq yaşadığım ünvana su kodu vermək  və su sayğacı quraşdırmaq üçün  idarənin Mehman adı rəis  müavini və qəza xidmətinin Murad adlı rəisi məndən 500 manat pul istəyir.

Mehman  mənə deyir ki, hara istəyirsən şikayət elə, heç kimdən qorxum yoxdur. 

Cənab Hüseynov!

Sizdən  xahiş edirəm məsələni öz nəzarətinizə götürəsiniz. Əks təqdirdə məcburam ölkə rəhbərliyinə, Korrupsiyaya qarşı  mübarizə idarəsinə müraciət edim. 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib