Dərc edilib: 17-09-2017

https://www.nuh.az/12238-.html

İlham Əliyevlə Eldar Namazov xalanəvəsidir..?

17.09.2017 17:41:17

Siyasət

Qohumluq əslində  çox dəyərli bir nəsnədir.

Hətta peyğəmbər əfəndimiz Məhəmməd ( s.ə.s ) da buyurub ki,  qohumları ziyarət etmək ən böyük ibadətdir.

 

Qohumluqla bağlı  bir maraqlı məqamı da yada salmaq istəyirəm. Sayı  milyardlar  olan  çinlilər biləndə ki, Azərbaycanın əhalisinin sayı  8-9 milyondur,  gülə-gülə deyiblər ki, siz hamınız bacı-qardaşsınız ki...

Əlbəttə, balaca Azərbaycanda hamının bir-biri ilə qohumluq əlaqəsinin olması təəccüblü deyil. 

 

NUH.az-a daxil olan məlumata görə, hörmətli prezidentimiz  cənab İlham Əliyevlə müxalifətin radikal qanadının rəhbərlərindən biri, Milli Şuranın ideoloqu, Ziyalılar  Forumunun rəhbəri, EL partiyasının sədri, ANİF Prezidenti  hörmətli Eldar Namazov  xalanəvəsidir.

Biz əlbəttə, NUH.az saytı olaraq bu qohumluğun bioloji deyil, millətin və dövlətin maraqları naminə olmasını çox  istəyərdik.

Qarşı tərəflərdən birinin münasibətini öyrənmək imkan xaricində olduğu üçün buna cəhd eləmədik. Ancaq  Eldar Namazovun elektron poçtuna göndərdiyimiz sorğu cavabsız qaldı. 

Biz  bir sayt olaraq bu qohumluğun bioloji deyil, milli maraqlara  xidmət edəcəyini  arzulayırıq.  

Və sonda cənab İlham Əliyevin 2008-ci ildə dediyi bir sözü yada salmaq  yerinə düşər: “ Tayfa psixologiyası ilə heç nəyə nail ola bilmərik”.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib