Dərc edilib: 18-09-2017

https://www.nuh.az/12247-.html

Yasamalın keçmiş başçısının qərarına etiraz

18.09.2017 13:33:08

LIVE

Yasamal rayonunda keçmiş icra başçısı İbrahim Mehdiyevin tikinti sərəncamının qalmaqalı səngimir.


Bu barədə azpress.az müraciət edən sakinlər keçmiş icra başçısı İ.Mehdiyevin həyətdə «ELİTE CİTY» MMC-ə hündürmərtəbəli bina tikintisinə icazə verilməsinə dair 21.06.2017-ci il tarixli sərəncamının ləğvi, yaşıllığın məhv edilməsinin qarşısının alınması və həyətin abadlaşdırılmasına göstəriş verilməsi xahiş edirlər.  “Elit City” MMC-nin həyətimizdə 14 mərtəbəli yaşayış binası tikmək planı bizdə narahatlıq yaradıb. 3 tərəfdən 9 mərtəbəli, 1 tərəfdən 5 mərtəbəli bina ilə əhatə olunan qapalı həyətimizin sahəsi təxminən 55 m x 85 m. ölçüdədir. Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların (cəmi 24 mənzil var) sökülməsini, ərazinin abadlaşdırılmasını təqdir edirik. Lakin həmin 3 evin yerindən 4 dəfə böyük ərazini zəbt etməklə hündürmərtəbəli yaşayış binasının tikintisi tikinti və şəhərsalma qanunvericiliyinə ziddir. 

Buna baxmayaraq, son günlərdə “Elit City” MMC-nin rəhbərliyi Yasamal Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları ilə birgə fəaliyyət göstərərək həyətimizdə qanunsuz tikintini başlamağa cəhd edirlər. 

Yasamal Rayon İH-nin şöbə müdiri Şahin Məmmədov mətbuata müsahibə verərək həyətdə 14 mərtəbəli binanın tikiləcəyini bəyan edib.

 “ELİTE CİTY” MMC-nin rəhbərliyi, sizin və müxtəlif yüksək vəzifəli şəxslərin adlarını çəkərək, guya, həyətdə bina tikilməsinin «yuxarılardan» tapşırıldığına dair təəssüratlar yaratmağa, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışırlar.  Belə tikinti aparılacaqsa, həyətimizdə olan 50-dən artıq çoxillik ağaclar kəsiləcək, yaşıllıq məhv ediləcək”.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib