Dərc edilib: 18-09-2017

https://www.nuh.az/12249-.html

Türkiyədə Gülnarə Muxtarovanın sərgisi açılıb

18.09.2017 14:06:45

Cəmiyyət

 

 NUH.az-a daxil  olan məlumata görə, bu günlərdə  qardaş Türkiyənin  İzmir şəhərində  azərbaycanlı rəssam Gülnarə Muxtarovanın ( Pamuk ) əsərlərindən ibarət  sərgi keçirilib.  

Sərgi  İzmir Qarabağlar bələdiyyəsi və Azərbaycan  və Dost dərnəklər federasionu başqanı  İsa Ambartının təşəbbüsü ilə təşkil ounub. Sərginin adı  “Barış” idi.

Bu  Gülnarə xanımın İzmirdə keçirilən 3-cü sərgisidir.

Sərgidə rəssamın  Türk dünyasının və Xocalının problemlərini özündə əks etdirən 30-dan  artqı rəsm  əsəri nümayiş olunub. Əsərlərin əsas ideyası  “savaşa dur deyək”dir.

Yeri gəlmişkən, İzmir şəhərində çox aktiv  Azərbaycan dərnəyi fəaliyyət  göstərir  və rəssamın özü  İzmir şəhərində yaşayır.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib