Dərc edilib: 18-09-2017

https://www.nuh.az/12252-.html

Azərbaycanlı nazir İrəvanda: «soyqırımı abidəsi»nə baş əydi (FOTO)

18.09.2017 15:56:00

Dünya

Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyib.

 

publika.az   xəbər verir ki, R.Moridi “soyqırımı abidəsi”ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib.

“23 avqustda Ermənistanda “erməni soyqırımı muzeyi”ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının “faciəvi itkisi”ni anmaqdan böyük qürur duydum. Bundan başqa, “anma kitabı”nı imzalamaq qürurunu da yaşadım”, - deyə o bildirib.

Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir. Kanadada Ontario əyalətinin parlamentinə üzv seçilməsində həmin əyalətdə yaşayan türklər və azərbaycanlıların səsi böyük rol oynayıb. Dəfələrlə Bakıda səfərdə olub. Azərbaycanın təhsil naziri tərəfindən yüksək səviyyədə qəbul olunub, Bakı Dövlət Universitetinin fəxri diplomunu alıb, eləcə də Odlar Yurdu Universitetinin fəxri doktoru adına layiq görülüb. Onun sosial şəbəkə hesabında Bakıda çəkdirdiyi çoxsaylı fotoları və Azərbaycana aid fikirləri yer alır. (https://www.facebook.com/rmoridi/?fref=ts&hc_location=ufi).

NUH informasiya agentliyi səhifəsindən çap edilib