Dərc edilib: 19-09-2017

https://www.nuh.az/12269-.html

Vergilər Nazriliyi «Turan»a qarşı vergi sanksiyalarını bərpa etdi

19.09.2017 11:33:03

LIVE

Vergilər Nazriliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Belə ki, bununla bağlı sentybarın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentybarın 15-i tarixilə məktub daxil olub. Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.

Qeyd edək ki, sentybarın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixilə agentliyə məktub daxil olub ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.

Göstərilən günlərdə bu nazirlikdə nə baş verdiyini və eyni idarənin öz mövqeyini 180 dərəcə dəyişməsinin səbəbləri bilinmir.

Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına yenidən həbs qoyulması da bərpa edilə bilər.

Lokal Gəlirlər Departamenti hələ 2016-cı ilin mayında "Turan"a 4 min manat manatlı sanksiya qoymuşdu. "Turan"ın inzibati şikayətindən sonra Vergilər Nazirliyi bu qərarı ləğv etmişdi.

Daha sonra elə həmin departament avqustun 7-də 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün 37 min manat vergi hesablayaraq cinayət işi qaldırıb.

Xatırladaq ki, avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, amma sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.

Xatılradaq ki, M.Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyytədən sui-istifadə) , 192.1-ci (qanunsuz sahibkarlıq) maddərlərilə cinayət işi başlanıb. M.Əliyev isə bütün itithamları rədd edir.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib