Dərc edilib: 19-09-2017

https://www.nuh.az/12279-.html

Oğul Paşazadə nazir müavini olmalı imiş

19.09.2017 19:03:10

Cəmiyyət

 

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd  Paşazadənin öz ailəsi ilə birgə  Azərbaycanı birdəfəlik tərk etməsi ilə bağlı mediada yayılan  xəbər cəmiyyət tərəfindən təəccüblə qarşılandı. Və ortaya müəyyən  suallar çıxdı.


Əcəba, dini iderimizin  yeganə oğlu vətəni nə üçün tərk edir, özü də birdəfəlik. Onu vətəndə narazı salan nədir?

Bəzi  saytlar  Məhəmməd Paşazadənin ölkəni tərketmə səbəbi kimi guya atası barədə son vaxtlar yayılan mənfi xəbərləri göstərir.

Axı, birinci dəfə deyil ki, QMİ sədri barədə bu tip xəbərlər mətbuatda tirajlanır.

Bəlkə, ailədaxili problemlər var? Ancaq  gənc Paşazadənin ailəyə bağlı və dürüst insan olduğu söylənilir.

Deməli daha ciddi səbəb var ki, oğul Paşazadə ailəsini də götürüb Azərbaycanı birdəflik tərk etmək qərarına gəlib.

NUH.az-ın məlumatına görə, xeyli  müddətdir Məhəmməd Paşazadənin  nazir müavini  vəzifəsinə təyin olunması ilə bağlı  vəd verilibmiş.  Ancaq  sonda vədə əməl olunmaması  oğul  Paşazadənin səbr kasasını daşırıb və o ölkəni birdəfəlik tərk edib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib