Dərc edilib: 19-09-2017

https://www.nuh.az/12283-.html

Ələt-Astara yolunda qəza - 4 qadın ölüb, 3 nəfər yaralanıb

19.09.2017 22:41:29

Region

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda  “Mercedes” və “VAZ 2106” markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.
 
 APA-nin  xəbərinə görə, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.  
 
Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib.  
 
Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub.

Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini  Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur. 

 

 NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib