Dərc edilib: 22-09-2017

https://www.nuh.az/12326-.html

Fərhad Əhmədovun şirkəti ləğv olunur

22.09.2017 09:47:12

Cəmiyyət

Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
 
 "APA-Economics"   xəbər verir ki, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.
 
"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.

***

"Qafqazinfo" xatırladır ki, məşhur iş adamı bir müddət əvvəl eks-həyat yoldaşı Tatyanaya Əhmədova ilə bağlı qalmaqalda gündəmə gəlmişdi. Belə ki, London məhkəməsi xanım Əhmədovanın lehinə qərar verərək biznesmenin 584 milyon dollar təzminat ödəməli olduğunu açıqlamışdı.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib