Dərc edilib: 24-09-2017

https://www.nuh.az/12378-.html

Müəllimə, yoxsa seks bomba ?

24.09.2017 16:38:23

Cəmiyyət

Rusiyada müəllimə maraqlı səbəbə görə işdən çıxarılıb.

"Qaynarinfo" xəbər verir ki, Vitoriya Demeşkina adlı müəllimə "çox cazibədar" və gözəl olduğu üçün işdən kənarlaşdırılıb.

Şagirdlərdən birinin valideyni təsadüfət müəllimənin sosial media hesabına baxıb. O, Vitoriya Demeşkinanın açıq-saçıq geyimlərdə şəkillərini görüb, onun geyim və üz ifadəsinin cinsəlliyə çağrış olduğunu düşünərək rəhbərliyə şikayət edib.

Hadisədən xəbər tutan digər valideynlər də müəllimənin hərəkətlərinin yalnış olduğunu və şagirdlərə mənfi təsir etdiyini deyərək şikyətçi olublar.

Aparılan araşdırmalardan sonra məktəb rəhbərliyi Vitoriya Demeşkinadan fotoları silməyi tələb edib. O isə fotoların sadəcə həyatındakı bəzi anları göstərdiyini və heç bir məqsədinin olmadığını deyərək bundan imtina edib.

Müəllimənin imtinasından sonra rəhbərlik onun maaşını kəsərək işdən azad edib. 

 

 NUH.AZ

 

 






NUH informasiya agentliyi səhifəsindən çap edilib