Dərc edilib: 26-09-2017

https://www.nuh.az/12410-.html

Seçicilərin 90 faizi Kürdüstanın İraqdan ayrılmasına səs verib

26.09.2017 10:04:50

LIVE

İraq Kürd Regional Hökumətinin keçirdiyi referendumunda iştirak edənlərin 90 faizi İraqdan ayrılmağa səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rudav” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Akridə 99 %, Şaklavada 96%, Xalabcada 95%, Kellare də isə 90 % seçici Kürdüstanın İraqdan ayrılmasını dəstəkləyib.

Daha əvvəl səslərin 80 %-nin (5,2 milyonunun) hesablandığı bildirilib.

Qeyd edək ki, İraq Kürd Regional Hökumətinin birtərəfli qaydada keçirdiyi referendumu İraq hökuməti konstitusiyanın pozulması kimi qiymətləndirib. Parlament və Ali məhkəmə də referenduma qarşı çıxıb.

Dünyanın bir çox ölkələri həmçinin ABŞ, Ərəb Liqası dövlətləri, İraqın qonşuları olan Türkiyə və İran da referendumun keçirilməsini kəskin şəkildə tənqid edib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib