Dərc edilib: 26-09-2017

https://www.nuh.az/12411-.html

ABŞ-dan referenduma münasibət

26.09.2017 10:08:50

Dünya

“ABŞ İŞİD-in məhv edilməsi və İranın təsirinin qarşısının alınması üçün İraqın birliyinə ümid edir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders İraq Kürdüstanında keçirilən referendumla bağlı brifinqdə bildirib.

ABŞ bundan əvvəldə dəfələrlə regionda İranın təsirinin artmasına qəti şəkildə qarşı çıxdığını açıqlamışdı.

Qeyd edək ki, İraq Kürd Regional Hökumətinin birtərəfli qaydada keçirdiyi referendumda iştirak edən seçicilərin 90 faizi İraqdan ayrılmağa səs verib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib