London metrosunda partlayış, yaralılar var
London metrosunda “Tauer hill” stansiyasında partlayış olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış güclü olmasa da, sərnişinlər arasında təşvişə səbəb olub.
Britaniyanın nəqliyyat polisi bildirib ki, vaqonda mobil telefonu enerji ilə təchiz edən cihazın partlaması nəticəsində 5 nəfər yaralanıb. Onların arasında qadınlar və uşaqlar da var.
NUH.az