Dərc edilib: 26-09-2017

https://www.nuh.az/12426-.html

Azərbaycanlı milyarder gənc rəssamın rəsmini aldı - Foto

26.09.2017 18:46:28

Maraqlı

Azərbaycanlı milyarder Fərhad Əhmədov rəsm kolleksiyasına türk rəssamın işini əlavə edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 62 yaşlı iş adamı Güclü Qədir Yılmaz adlı rəssamın “Existentialis” adlı əl işini 10 min dollara alıb. 35 yaşlı Yılmaz əsərinin baha qiymətə satılmasından və iş adamının kolleksiyasına daxil olmasından məmnun olduğunu deyib. O, “İndi mənim hədəfim yüksəldi. Daha yaxşı işlər hazırlamalıyam”,-deyib. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib