Dərc edilib: 27-09-2017

https://www.nuh.az/12430-.html

Bu gün Azərbaycana qar yağacaq

27.09.2017 09:23:43

İqtisadiyyat

Bu gündən Bakıda və ölkənin əksər ərazilərində hava şəraiti pisləşəcək.


“Qafqazinfo” xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək. Arabir yağış yağacağı, bəzi yerlərdə isə intensiv olacağı gözlənilir. Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın bəzi bölgələrində isə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. 

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib