Dərc edilib: 28-09-2017

https://www.nuh.az/12479-.html

5 hakimin səlahiyyət müddəti bitdi

28.09.2017 19:09:13

Maraqlı

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 5 hakimin səlahiyyət müddəti başa çatıb.
 

 

 APA-nın  verdiyi məlumata görə, bunlar- İradə Həsənzadə, Rauf Əliyev, Rasim Sadıxov, Eynulla Vəliyev və Əhməd Quliyevdir.
 
Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.
 
Qeyd edək ki, hakimlərin 5 ildən bir səlahiyyət müddəti başa çatır. Bu müddət ərzində yoxlamalar aparılır və bunun nəticəsində müddətin uzadılması məsələsinə baxılır.

 

    NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib