Dərc edilib: 29-09-2017

https://www.nuh.az/12486-.html

“Rusiya və Türkiyə həmfikirdir” - Ərdoğan

29.09.2017 00:35:10

Dünya

Türkiyə və Rusiya prezidentlərinin Ankarada baş tutan görüşdən sonra mətbuat konfransı keçirilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə İraq və Suriya daxil olmaqla, regional məsələləri müzakirə etdiklərini deyib:

“İstər İraqın, istərsə də Suriyanın ərazi bütövlüyü məsələsində həmfikirik”.

 

 

İraq Kürd Regional Hökumətinin keçirdiyi referendum haqqında da danışan Ərdoğan bildirib ki, bu addımın heç bir hüquqi əsası yoxdur:

“Çox təəssüf ki, dostcasına xəbərdarlıqlara baxmayaraq referendumu keçirərək çox böyük səhv etdilər. Heç kimin qısa müddətli mənfəətlərə görə bölgəni atəşə atmağa haqqı yoxdur”.

Ərdoğan Rusiya və Türkiyə arasındakı ticarət əlaqələrinin daha da inkişaf edəcəyini, 100 milyard dollar ticarət dövriyyəsi hədəfinə çatacaqlarını sözlərinə əlavə edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib