Dərc edilib: 30-09-2017

https://www.nuh.az/12518-.html

106 VƏ 171 saylı avtobuslar toqquşdu...BNA hara baxır ?

30.09.2017 16:23:17

Cəmiyyət

Bu  gün saat  13-00  radələrində   Ramana  yolunda   106 saylı  avtobusla  171 saylı avtobus  arasında qəza baş verib. 

Zərbə  nəticəsində  sərnişinlər xəsarət alıb. 

Vətəndaşların dediyinə görə, ümumiyyətlə, 106 saylı marşrutdakı avtobuslar  tez-tez qəza törədir. 

Məlumat üçün qeyd edək ki, 106 saylı  avtobus marşrutu  "bank İsa"   deyilən şəxsə məxsus olub. Bank İsa uzun müddət  bank sistemində işləyib. 

106 saylı marşrut  Bakının ən çirkli, ən məsuliyyətsiz  marşrutudur. 

Görəsən, Bakı Nəqliyyat Agentliyi hara baxır ? 

 

    NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib