Las-Veqas terrorunun təşkilatçısı məlum oldu
Dünən axşam ABŞ-ın Las-Veqas şəhərində konsertdə 50 nəfərin ölümünə, 406 nəfərin yaralanmasına səbəb olan terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İŞİD-in yaydığı bəyanatda qeyd olunub.
Qeyd edək ki, insanların üzərinə atəş açan 64 yaşlı Stefen Kreyq Paddok polis tərəfindən zərərsizləşdirilib. Onun olduğu Mandalay Bay otelinin 32-ci mərtəbəsindən 10 ədəd silah tapılıb.
NUH.az