Las-Veqas qırğınının səbəbkarının atası məşhur cinayətkar imiş
Las-Veqasda 58 nəfərin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olmuş hadisənin səbəbkarı, Nevada ştatının 64 yaşlı təqaüdçü sakini Stefen Paddokun atası məşhur cinayətkar imiş.
Virtualaz.org ABŞ mənbələrinə istinadən xəbər verir ki, Bencamin Hoskins Paddok 1969-cu ildən 1977-ci ilə qədər federal axtarışda olub və Federal Təhqiqatlar Bürosunun (FBİ) axtardığı ən qatı 10 cinayətkardan biri hesab edilirmiş.
“Fox News” bildirir ki, bir sıra bank qarətlərini hazırlayaraq həyata keçirmiş ata Paddokun ləqəbləri “Böyük Ata” (Big Daddy) və “Qoca Keçəl” (Old Baldy) olub.
NUH.az