Dərc edilib: 02-10-2017

https://www.nuh.az/12555-.html

Las-Veqası qana bulayan terrorçu ilə bağlı faktlar - 2 şəxsi təyyarə və qumar...

02.10.2017 23:58:12

Kriminal

ABŞ-ın Las-Veqas şəhərində konsert zamanı 58 nəfəri öldürən, 500 nəfəri yaralayan 64 yaşlı ABŞ vətəndaşı Stefen Paddok haqqında məlumatlar ortaya çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törətdikdən sonra intihar edən terrorçu barədə yaxınları danışıb.

Onların sözlərinə görə, Paddok qumar həvəskarı olub və tez-tez Las-Veqasdakı qumarxanalara baş çəkib. Bundan başqa, pilot lisenziyası olub. Onun 2 şəxsi təyyarəsinin olduğu da bildirilir.

Paddokun yaxınları onun şübhəli hərəkətlərinə rast gəlmədiklərini, belə bir teraktı törətməsinə çox təəccübləndiklərini deyiblər.

Qeyd edək ki, S.Paddokun evində axtarışlar zamanı İŞİD terror təşkilatı ilə əlaqəsinin olmasına aid heç bir material tapılmayıb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib