Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12557-.html

Nazirin elmlər doktoru dərəcəsi geri alınacaq

03.10.2017 00:48:08

Maraqlı

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski elmlər doktoru elmi dərəcəsindən məhrum edilə bilər.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, Ümumrusiya Attestasiya Komissiyasının (ÜAK) ekspertlər şurası bununla bağlı qərarını açıqlayıb.

Nazirin elmi dərəcəsi ilə bağlı son qərarı ÜAK-ın rəyasət heyəti verməlidir.

Qeyd edək ki, hələ ötən il Vladimir Medinskinin doktorluq dissertasiyasının böyük hissəsinin saxta (plagiat) olduğu və başqa elmi işlərdən köçürüldüyü aşkarlanmışdı.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib