Dərc edilib: 04-10-2017

https://www.nuh.az/12588-.html

Reket jurnalistikanın “xaç atası” Rəşid Manafov

04.10.2017 12:10:22

Region

 

2  gün “qaranlıqda  qeyb olan”  Rəşid Manafov yenidən zühr elədi

 

Son illər Mətbuat Şurasının və müvafiq dövlət qurumlarının  reket jurnalistikaya qarşı apardığı mübarizə gecikmiş olsa da öz nəticəsini verməkdədir.

Ancaq  bir mühüm məqamı unutmaq olmaz: reket jurnalistika əsas problem deyil, törəmə problemdir. Yəni reket jurnalistika  reket məmur  probleminin məhsuludur. Heç kimə sirr  deyil ki, uzun müddət reket jurnalistikanın arxasında yüksəkçinli məmurlar, hətta bəzi nazir və komitə sədrləri, icra başçıları, idarə  müdirləri dayanıb.

Belə  reket məmurlara qarşı mübarizə aparmadan reket jurnalistikanın kökünü kəsmək mümükün olan  deyil. Bu arabanı atdan qabağa qoşmağa bənzəyir.

Uzun illər  reket jurnalistikaya dəstək olan məmurlardan biri də Neftçala rayon Maliyyə idarəsinin müdiri Rəşid Manfov olub.

Öz gözündə tiri görməyən Rəşid Manafov başqa məmurların  gözündəki  qılla bağlı  mediaya mövzu verməklə məşğul olub.

Rəşid Manafov unudub ki, 15 ildən artıq rayonun maliyyə idarəsinə rəhbərlik etdiyi zaman  özü üçün böyük biznes imperiyası yaradıb.  Bu gün Neftçalada Rəşid Manafovun və  xanımının  adına olan obyektlərin sayı-hesabı yoxdur. Belə ki, Rəşid Manafovun biznes imperiyasına rayon avtovağzalının yanındakı mebel sexi, restoran, Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində 8 ticarət mərkəzi, tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahəsi və s. daxildir. Bu idarə rəhbərinin sahib olduğu biznes şəbəkəsinin bir hissəsidir. Onun mülklərinin sayı bundan qat-qat artıqdır. Bu boyda əmlaka  sahib olan Rəşid Manfov  özünü rayonun  “boz kardinalı” kimi aparıb. Rəşid  Manafov  hətta bir çox icra başçılarına mediada “qəyyumluq” edib,  reket məmurlara “krışa”lıq edib, onları öz qanadı altın çəkib.  

Ancaq məlum  MTN olayından sonra Rəşid Manafov  bir müddət öz qınına çəkildi. Daha doğrusu, 2 gün “qeybə çəkilən”  Rəşid Manafov yenidən zühur elədi və hazırda hər mənada reketliyini davam etdirir.

Yaxşı olar ki, reket jurnalistika ilə  mübarizə aparan  qurumlar  Rəşid Manafov kimi məmurlara da qarşı mübarizə aparsınlar.    

Tərəflərin mövqeyini dərc etməyə hazırıq.       

 

     NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib