Dərc edilib: 05-10-2017

https://www.nuh.az/12615-.html

İsmayıl Vəliyevlə Rəşid Manafov arasında 20 milyonluq dava

05.10.2017 17:26:08

Region

“Reket jurnalistikanın “xaç atası” Rəşid Manafov” başlıqlı ötən yazımızda 15 ildən artıq Neftçala rayon Maliyyə idarəsinə rəhbərlik edən Rəşid Manafovun rayondakı biznes şəbəkəsindən bəhs etmişdik.

 

Görəsən, cənab Manafov dövlətdən aldığı konkret əmək haqqı ilə restorana, avtovağzalının yanındakı mebel sexinə, rayonun mərkəzində 8 ticarət obyektinə, 100 hektarlarla əkin sahəsinə necə sahib olub?

Üstəlik rayondakı Məişət evini xanımının adına özəlləşdirib. Bu obyektlərlə yanaşı cənab Rəşid Manafov Cəlilabad RİH-nin başçısı Əziz Əzizovun Neftçala rayonu ərazisindəki biznesinə, maldarlıq fermasına, minlərlə baş qoyun sürüsünə şərikdir. Bütün bunlar azmış kimi Manafov uzun müddət reket jurnalistikaya maddi dəstək və mövzu-material verənlərdən biri olub. İdarə müdirlərinə, vəzifəli şəxslərə, icra başçılarına, dostu və şəriki Əziz Əzizova himayədarlıq edib. Lakin məlum MTN olayından sonar Rəşid Manafov bu əməllərinə görə, 2 gün qeybə çəkilib və sonradan yenidən rayonda peyda olub. Amma köhnə əməllərindən əl çəkməyib.

İcra Hakimiyyətindəki mənbədən bu gün NUH.az-a daxil olan məlumata görə, Prezidentin rayona səfərindən sonra Neftçala RİH-nin başçısı İsmayıl Vəliyevlə maliyyə idarəsinin müdiri Rəşid Manafov arasında ciddi konflikt yaşanıb. Mənbə bildiri ki, rayona ayrılan 20 milyon manat dövlət vəsaitinin necə realizə olunması ilə bağlı icra başçısı ilə Rəşid Manafov ortaq dil tapa bilmirlər. İcra başçısı Rəşid Manafovdan tələb edir ki, köhnə əməllərindən əl çək, rayonun rəhbəri mənəm… Rəşid Manafov isə maliyyə naziri rayonun “boz kardinalı” statusundan əl çəkmək fikrində deyil. Yəqin ki, yaxın vaxtlarda icra başçısı Rəşid Manafovu taxtından salacaq. Ancaq Rəşid Manafov isə maliyyə naziri Samir Şərifova arxayın olub dirəniş göstərir.

Tərəflərin mövqeyini dərc etməyə hazırıq. 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib