Dərc edilib: 07-10-2017

https://www.nuh.az/12637-.html

Azərbaycanda alimlər üçün poliklinika yaradılır

07.10.2017 00:30:44

Hadisə

Alimlər üçün poliklinikanın yaradılması məqsədilə hazırda Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır.

 

Trend  xəbər ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

O qeyd edib ki, alimlər üçün poliklinikanın yaradılması vacib məsələlərdən biridir: “Səhiyyə Nazirliyi bu layihəni dəstəkləyir. Poliklinika üçün ərazinin tapılması məsələsi qalıb. Biz istəyirik ki, poliklinika binanın birinci mərtəbəsində olsun, orada bir neçə tibbi kabinetlər olsun. Güman edirəm ki, bu məsələ də yaxın zamanlarda həllini tapacaq”.

A.Əlizadə deyib ki, poliklinikanın hər hansı binada yaradılacağı, yaxud ayrıca bina tikiləcəyi nazirlikdən asılıdır.

 

   NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib