Vəfa da aparıcı olacaq
Əməkdar artist Vəfa Zeynallı da aparıcı olan məşhurlar karvanına qoşulub. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın özü məlumat yayıb.
O, instaqram səhifəsində verilişin anonsunu paylaşaraq ARB TV-nin efirə çıxacağını elan edib.
Qeyd edək ki, “Həftəsonu” adlanan proqram şənbə günləri yayımlanacaq.
NUH.az