Dərc edilib: 13-10-2017

https://www.nuh.az/12807-.html

Siyasi idarəçilik Pusiyanın, mənəvi dəyərlərimiz İranın, torpaqlarımız Ermənistanın işğalı altındadır

13.10.2017 11:05:07

Cəmiyyət

Azadlıq Partiyasının sədri  Əhməd Oruc 

 


Əziz dostlar, doğum günü münaibətilə təbriklərinizə, isti sözlərinizə, duyğularınıza, münasibətinizə görə hər birinizə təşəkkür edirəm. 
Sükürlər olsun ki, şəxsi, ailə məsələlərində heç bir çətinliyim, müşkülüm yoxdur. 
Uzun illərdir ki, ötən əsrin 80-ci illərindən milli mücadilənin cərgələrindəyik. Bu yolda canlarından keçmiş, sağlamlığını itirmiş, təzyiqlərə məruz qalmış, ömrünü fəda etmiş bütün dostlara sayğı və sevgimi bildirirəm, dünyadan köçənlərin ruhları qarşısında baş əyirəm. İstəklərimizin böyük bir qisminə nail olmuşuq, nə qədər problemlər olsa da, bütün atributları ilə birlikdə müstəqil dövlətimiz var.
Təəssüf ki, milli döövlətin verdiyi tarixi şansdan millətimiz naminə yetərincə yararlana bilməmişik. Müstəqilliyimizin 26 yaşı olsa da, Azərbaycanda sivil, azərbaycanlıların maraq və mənafelərinə xidmət edən bir hökuməti hələ də qura bilməmişik. Əvəzində millətimiz rüşvətxor, korrupsioner, oğru, heç bir qanun tanımayan, gözü doymayan, görməmiş, heç bir əyrilikdən abır-həya etməyən, sivil dünyadan get-gedə uzaqlaşan, öz ağılsızlıqları ilə ölkəyə yeni-yeni problemlər yaradan bir hakimiyyətlə üz-üzədir. 
Qəti şəkildə o fikirdəyəm ki, Azərbaycan xalqı daha üstün, hər bir insanın əsas azadlıqlarının təmin olunduğu cəmiyyətdə yaşamağa, normal bir hakimiyyətə layiqdir. Bunun üçün cəmiyyətimizin insani, maddi, mənəvi, iradi resursları kifayət qədərdi. Sadəcə olaraq biz hələlik öz imkanlarımızı sistemli şəkildə bu prosesə yönəldə bilmirik. İndiki hakimiyyətimizin yarıtmaz siyasəti nəticəsində Azərbaycanda dövlət qurulmasının əleyhinə olan qonşu dövlətlərin ciddi təsirləri var. 
Biz bu işğallardan azad olmalıyıq. Təəssüf ki, bu işi görməli olan milli-demokratik düşərgədə də əməkdaşlıq, birlik yerində deyil və biz bu problemi həll etməliyik.
Bir sözlə hədəf bəllidir. Bu məmləkətdə normal, doğru, dürüst, hər bir vətəndaşımızın fəxr edə biləcəyi bir cəmiyyətin qurulması!
Bu yolda sona qədər varıq. Bu yolda olanların hər birinə sevgi və sayğılarımı bildirirəm.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib