İstanbulda məktəblilərə atəş açıldı: Yaralananlar var
İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.
Modern.az-a istinadan xəbər verir ki, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.
Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.
Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.
Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.
NUH.az