Dərc edilib: 15-10-2017

https://www.nuh.az/12855-.html

KXDR-dən sərt açıqlama

15.10.2017 11:27:28

Dünya

Şimali Koreya ölkənin dinc həyatına təhlükə yaradacaq bütün düşmənlərini məhv edəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya parlamentinin birinci vitse-spikeri An Don Çxun jurnalistlərə açıqlamasında bildirib.

KXDR-in Parlamentlərarası ittifaqın assambleyasındakı nümayəndə heyətinin başçısı "Bizim ölkəmiz istəyir ki, dinc gələcəyimiz olsun. Sülhə nail olmaq üçün bu yolda bizə mane olacaq düşmənləri məhv etməyə hazırıq", deyə  əlavə edib.

O, jurnalistlərin digər suallarını cavablandırmayıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib