Şəkidə bələdiyyə binası yanır
Şəkidə bələdiyyə binası yanır.
APA-nın verdiyi məlumata görə, oktyabrın 18-i axşam saat 23:30 radələrində rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi inzibati binada yanğın başlayıb.
Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə Şəki DYMH-nin iki, Qax DYMH-dən isə bir yanğınsöndürən maşın və şəxsi heyətləri cəlb edilib.
Artıq saat yarımdır ki, yanğın davam edir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
NUH.az