Kral İraqa dəvət göndərdi - 25 il sonra ilk dəfə
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud, Kərkük əməliyyatından sonra İraqın baş naziri Heydər əl-Abadiyə zəng edərək onu təbrik edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kral söhbət zamanı əl-Abadini Riyada dəvət edib.
Salman iki ölkə arasında əlaqələri gücləndirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, bu, 25 il sonra ilk dəfə İraqdan bir hökumət rəsmisinin Riyada ilk səfəri olacaq.
NUH.az