Dərc edilib: 22-10-2017

https://www.nuh.az/13024-.html

Tramp qərar verdi: prezidenti kim və niyə öldürüb?

22.10.2017 11:18:10

Dünya

ABŞ prezidenti Donald Tramp ölkənin keçmiş prezidentlərindən olan Con F.Kennediyə edilən sui-qəsdlə bağlı 10 minlərlə gizli sənədin ictimaiyyət üçün açıqlanacağını bildirib.

"Qaynarinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı "Twitter" hesabından açıqlama verib: "Daha artıq məlumat almaq üçün prezident olaraq uzun müddətdir yasaqlanan Con F.Kennedi dosyalarının açılamasına icazə verəcəm".

 

Qeyd edək ki, 1992-ci ilə qəbul edilən Kennedi Sui-qəsdi Qeydləri Qanununa görə, əksəriyyəti Federal Təhqiqat Bürosu (FBİ) və Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) aid olan milyonlarla sənədlərin 25 il ərzində ictimaiyyətə açıqlanmalıdır. Bu müddət oktyabrın 26-da başa çatır. Bu günə qədər Milli Arxivlər Kennedi dosyası ilə bağlı bir sənədi açıqlayıb, amma bəzi sənədlərin açılması üçün prezidentin icazəsi lazımdır.

Con Fitsqerald Kennedi 1917-ci ildə anadan olub və 1961-ci ildə ABŞ prezidenti seçilib. Cəmi 34 ay sonra - 1963-cü ilin 22 noyabrında sui-qəsd nəticəsində öldürülüb. 

Həmin gün Demokratlar Partiyasının Texasdakı liberal və mühafizəkarlar qanadları arasındakı gərginliyi bitirmək üçün Dallas şəhərinə yollanan ölkənin 35-ci prezidenti silahlı hücuma məruz qalıb. Həyat yoldaşı ilə üstü açıq maşında hərəkət edən Kennedi boğazından və başından bir güllə yarası alıb. Dövlət başçısı Parkland Xəstəxanasına aparılsa da, az sonra öldüyü açıqlanıb. Onunla eyni maşında olan Texas qubernatoru Con Konnalli ağır yaralansa da, həyatını xilas etmək mümkün olub. 

Prezidentə güllənin atıldığı yer olduğu düşünülən Texas Kitab Deposunun əməkdaşı Lee Harvey Osvald saxlanılıb və sonradan sui-qəsddə günahlandırılıb. Osvald hücumu inkar edərək qurban seçildiyini desə də, 24 noyabrda Jak Rubi tərəfindən öldürülüb. Rubi həbs olunub və azadlıqdan məhrum edilib. Lakin apellyasiya şikayətinə baxılmasına az qalmış - 3 yanvar 1967-ci ildə xərçəngdən vəfat edib.

Lee Harvey Osvald

Kennedi ABŞ tarixində ən gənc seçilən və Teodor Ruzveltdən sonra ən gənc yaşda vəzifəsinin icrasına başlayan prezident olub. O. həmçinin ABŞ-ın yeganə Katolik və ən gənc yaşda ölən prezidentidir (46 yaş).

NUH informasiya agentliyi səhifəsindən çap edilib