Dərc edilib: 28-10-2017

https://www.nuh.az/13143-.html

Yaralıların vəziyyəti necədir? - Yenilənib

28.10.2017 10:23:04

LIVE

Ötən gün Goranboyda avtobusun aşması nəticəsində  xəstəxanaya yerləşdirilən 5 nəfərin vəziyyəti orta ağırdır.

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Xatırladaq ki, ümumilikdə qəzada yaralananları sayı 26 olub. 23 yaralı Goranboyda, 2 yaralı Gəncədə, 1 yaralı isə Bərdədə xəstəxanaya yerləşdirilib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasındakı yaralılardan artıq 21-i ilkin tibbi müdaxilədən sonra evə buraxılıblar. 

***

“Qafqazinfo” qəzada yaralananların vəziyyətini öyrənmək üçün Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcradan bildirilib ki, bu məsələnin onlara hər hansı bir aidiyyatı yoxdur.

“Xəstəxana və Polis şöbəsi ilə əlaqə saxlayın. Hadisədir olub, bizə aidiyyatı yoxdur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib