Dərc edilib: 25-11-2017

https://www.nuh.az/13703-.html

Aygün Bəylər ailə quracağı barədə xəbərdən danışdı

25.11.2017 23:45:47

Maqazin

Bu yaxınlarda imicini dəyişən əməkdar artist Aygün Bəylərin 2-ci dəfə ailə qurmağa hazırlaşdığı barədə xəbər yayılıb.


  Müğənni Lent.az-a açıqlamasında xəbərə bu cür reaksiya verib:

“Bu xəbərə sadəcə gülə bilərəm. Mən ərə getmirəm. Hazırda qızımı böyütməklə məşğulam. Bu cür mövzularda danışmaq düzgün çıxmaz. Ayıbdır. Çox xahiş edirəm ki, barəmdə nəsə yazanda mənim də fikrimi, rəyimi öyrənsinlər. Birtərəfli nəsə yazmasınlar. Hazırda bütün diqqətim yalnız övladımdadır”.

Qeyd edək ki, mətbuatda A.Bəylərin dekabrın 27-də ikinci dəfə ailə quracağı xəbəri dərc olunub. Xəbərdə bildirilib ki, əməkdar artist azərbaycanlı nazirlərdən birinin əmisi oğlu ilə ailə qurur və cütlüyün kəbini də kəsilib.

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib