Dərc edilib: 27-11-2017

https://www.nuh.az/13713-.html

Eldar Mansurovun məmur oğlu vəzifəsini itirdi

27.11.2017 11:53:41

Cəmiyyət

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

"APA-Economics"   xəbər verir ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
 
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.
 
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
 
Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
 
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib