Dərc edilib: 27-11-2017

https://www.nuh.az/13722-.html

Sosial ədaləti təbliğ etmək yolverilməzdir ?

27.11.2017 14:36:31

Cəmiyyət

Sosial ədaləti təbliğ etmək  yolveriıməzdir ?

 

Bu gün  bütün saytlar, informasiya agentlikləri  “KİV haqqında” qanun dəyişdirilir başlıqlı xəbər paylaşıb.

Xəbərdən məlum olur ki, qanuna ediləcək dəyişikliyə görə, 10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi)  ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, SOSİAL ƏDALƏTİ , yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Qanunda qeyd  edilən digər hallar  başa düşüləndir. Amma SOSİAL ƏDALƏTİ  təbliğ etmək nə vaxtdan yolverilməzdir ?

 

NUH.az-ın baş  redaktoru  Kamran Məhərrəmli  

NUH informasiya agentliyi səhifəsindən çap edilib