Prezident Çavuşoğlunu qəbul edib
Prezident İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bu gün ilk dəfə baş tutacaq Türkiyə-Azərbaycan-Pakistan xarici işlər nazirlərinin üçlü toplantısından əvvəl Çavuşoğlu ilə təkbətək görüşüb.