Dərc edilib: 08-12-2017

https://www.nuh.az/13875-.html

Qanunsuz siqaret satışına kim himayədarlıq edir? – Vergilər Nazirliyinin adı hallanır + FOTO

08.12.2017 14:59:35

İqtisadiyyat

Paytaxtın küçə və prospektlərin kənarında,aksız markası olmayan siqaretlər açıq şəkildə satılır. Qanunla belə siqaretlərin satışı qadağandır.

 

Kivnews.com İnformasiya Portalı bu istiqamətdə araşdırmaya başlayıb. Məlum olub ki, əvvəllər yol kənarında dayanan avtomobillərdən satışlar həyata keçirildiyi halda, hazırda avtomobillərlə yanaşı müxtəlif obyektlərdə də bu cür siqaretlərin satışı aparılır.

Aksiz markasız siqaretlərin qiymətlərinə gəldikdə isə 1 manatdan, 4 manata kimi dəyişir. Bu bazarda ən ucuz İran istehsalı olan siqaretlər sayıldığından tələbat da çoxdur. Ən çox satılanlar isə “NZ”, “Black Stone”, “Senator”, “Matrix”, “Forman”, “Captain black”, “Monus, “Comet”, “Cavallo”, “Winchester” markalı siqaretləridir.


Bu siqaretlərin ölkəyə kütləvi şəkildə gətirilməsi başqa bir məqalənin mövzusudur. Çünki Gömrük Komitəsi və digər qurumlar bu məsələdə məsuliyyət daşıyırlar. Sadə vətəndaşın gətirdiyi bir neçə qutu siqaret, yaxud aksız markası olmayan spirtli içkilər əlaqədar qurumlar tərəfindən tutulduğu halda, bütün ölkəni ağuşuna almış aksız markası olmayan siqretlərin ölkəyə necə gətirildiyi sual doğurmaya bilməz.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da hesab edir ki, gizli siqaret biznesi bir mərkəzdən idarə olunur. 

Kivnews.com Portalının apardığı araşdırma zamanı məlum olub ki, siqareti ölkəyə gətiənlər onun satışının arxasında dayanmırlar. Onlar bir mərkəz olaraq siqaretləri müştərilərə payladıqdan sonra heç bir işə qarışmırlar. Bu zaman yol kənarında avtomobilində, yaxud da hansısa ticarət obyektində aksız markası olmayan siqaretlərin satışını həyata keçirən şəxs  istər yerli hüquq-mühafizə orqanı əməkdaşları (PPX) ilə, istərsə də vergi əməkdaşı ilə razılaşmalıdır. Bu məsələdə əsas razılıq vergi əməkdaşları ilə həyata keçirilməlidir. Çünki vergi yoxlaması zamanı belə siqaretlərin satışı məlum olarsa, ticarətçinin qanunsuz satılan  siqaretləri müsadirə olunmaqla  400 manatdan 800 manata kimi cərimələnə bilərlər. Əldə etdiyimiz məlumata görə, bəzən Vergilər Nazirliyinin yerli əməkdaşları bu məsələni Nazirliyin gözəgörünməz vəzifəli şəxsi ilə razılaşdırırlar. Çünki yuxarıların razılığı olmasa aşağıların razılığı bəzən nəticə vermir və Nazirliyin həyata keçirdiyi yoxlama zamanı bu işi həyata keçirənlər aşkar edilərsə, cərimələnirlər. Ona görə də, əsas razılığı Vergilər Nazirliyinin baş idarəsində oturan məsul şəxs verməlidir. Bu şəxsin kimliyi ilə bağlı isə, bəzi bilgilər əldə etmişik. Dəqiqləşmələr getdiyindən, hələ ki, açıqlamırıq. Yəqin ki, ad açıqlanarsa, yeni Vergilər naziri Mikayıl Cabbarov Fazil Məmmədovun “sevimli kadr”ını yanında görmək istəməyəcək.

P.S Bu istiqamətdə geniş reportajımız olacaq.

Kivnews.com


  

NUH informasiya agentliyi səhifəsindən çap edilib