Dərc edilib: 25-12-2017

https://www.nuh.az/14112-.html

Prezident yeni yaradılmış Agentliyə sədr təyin etdi

25.12.2017 18:55:59

Siyasət

Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının müvafiq sərəncamına əsasən, Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bu il noyabrın 13-də prezidentin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi təsis olunub. 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib