Dərc edilib: 31-12-2017

https://www.nuh.az/14218-.html

19 yaşlı gəncin meyiti “Azərsu”nun anbarında tapıldı

31.12.2017 22:07:12

Hadisə

Bakıda dünən itkin düşən gəncin meyiti su anbarından tapılıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, 1989-cu il təvəllüdlü Tretyakov Vasili Sergeyeviçin meyiti Botanika bağı ərazisindəki "Azərsu" ya məxsus su anbarında tapılıb.  Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. V. Tretyakovu meyiti aidiyyəti üzrə təhvil verilib. 
Onun əqli zəhətdən çatışmazlığı olub. 

Onun düşdüyü 3 metr hündürlüyündə su ilə dolu olan anbar Fəxri Xiyabanda ağacları sulamaq üçün nəzərdə tutulub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib