Dərc edilib: 03-01-2018

https://www.nuh.az/14258-.html

Jurnalist-dizayner Fuad Həsənov vəfat etdi

03.01.2018 15:49:23

Hadisə

Jurnalist-dizayner Fuad Həsənov vəfat edib.
 
 APA-nın  məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. O, bu gün Bakıda dünyasını dəyişib.
 
1975-ci il təvəllüdlü F. Həsənov uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Bir müddət əvvəl insult keçirərək komaya düşüb. Bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
 
Qeyd edək ki, F. Həsənov ailəlidir, dörd övladı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib