Dərc edilib: 04-01-2018

https://www.nuh.az/14280-.html

"Gündəm Xəbər"i hansı məmur bloklayıb ?

04.01.2018 19:07:08

Hadisə

"Gündəm Xəbər" oxucularının nəzərinə!

 

Məlumunuz olsun ki, qəzetimizin eyni adlı gundemxeber.az saytına yüksək çinli məmur tərəfindən basqı olmuşdur.

Belə ki, saytımız bloklandığından ölkə daxili girişi məhdudlaşdırılmışdır. Yaranan problemlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Ramin Quluzadəyə

rəsmi müraciət etmişik. Saytımız bloklansa da qəzetimizin çap versiyası həftənin 1-ci günləri satışda olur. Bizi hələlik qəzetimiz vasitəsi ilə izləyin ki, sifariş verən məmurun kimliyini öyrənə biləsiniz. Artıq məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşırıq. Yəqin ki, Prezident məsələnin mahiyyətinin araşdırılması üçün vəzifə sahiblərinə müvafiq tapşırıqlarını verəcək. Dəyərli oxucular  bizi mütəmadi olaraq facebook-da da izləyə bilərsiniz.

NUH informasiya agentliyi səhifəsindən çap edilib