Dərc edilib: 05-01-2018

https://www.nuh.az/14287-.html

Goranboyda kütləvi dava - Ölən və yaralananlar var+ Yenilənib

05.01.2018 00:44:35

Reportaj

Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub. 


APA-nın   xəbərinə görə, dava zamanı bir neçə nəfər bıçaqlanıb. Qətlə yetirilənin olduğu bildirilir.
 
Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.
 
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. 

***

Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır. Bıçaq xəsarətləri alanlardan biri isə Dəliməmmədli qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib