Bakıda avtobus dərəyə aşdı - 12 yaralı var+ Fotolar+ Yenilənib
Bakıda marşrut avtobusu aşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 16:30 radələrində Zığ şossesində baş verib.
Hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində 12 nəfər xəsarət alıb.
Yaralı şəxslər müxtəlif travmalarla 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.