Dərc edilib: 10-01-2018

https://www.nuh.az/14379-.html

Azərbaycan hakimiyyətindən rüsvayçı fəaliyyətləri dayandırmağı tələb ediblər

10.01.2018 17:05:00

Müsahibə

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc,Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Əməkdaşlıq Mərkəzi İranda baş verənləri müzakirə edərək  İranda yaşayan azərbaycan türklərinin haqq və hüquqlarının daha aktiv şəkildə müdafiə olunmasına və cənublu qardaşlarımızın daha ciddi təşkilatlanmasına ehtiyac olduğunu bildiirblər.

Ötən ilin yekunlarını müzakirə edən partiya sədrləri Beynəxalq İnstitutların llik hesabatlarında  ölkəmizdə iqtiadi azadlıqların, siyasi azadlıqların və insan haqlarının vəziyyətinin daha da pisləşdiyini qeyd ediblər  və Azərbaycan hakimiyyətindən bu cür rüsvayçı fəaliyyətləri dayandırmağı tələb ediblər.

Əməkdaşlıq Məkəzi 24 yanvar saat 12-də KXCP qərargahında  Dağlıq Qarabağla bağlı Dəyirmi Masa keçirmək haqqında qərar qəbul edib. Dəyirmi Masaya  bütün siyasi partiyalar, QHT-lər, mətbuat nümayəndələri dəvətlidir.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib