Dərc edilib: 18-01-2018

https://www.nuh.az/14525-.html

Ölkəmizdə 9 milyon qoyun var

18.01.2018 19:35:57

İdman

2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1289,8 min baş inək və camış mövcud olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 149,2 min baş (1,7 faiz), iribuynuzlu mal-qaranın sayı 19,2 min baş (0,7 faiz), o cümlədən inək və camışların sayı 9,2 min baş (0,7 faiz) azalıb.
2016-cı illə müqayisədə isə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz, bitkiçilik məhsullarının istehsalı 6,1 faiz artıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib